Meksikada futbol üzrə Dünya Kubokunun açılış mərasiminin keçirildiyi “Azteka” stadionunun qarşısında gərginlik yaşanıb.
DenMedia.az xarici mətbuata istinadən xəbər verir ki, yarışın açılış tədbiri zamanı stadionun yaxınlığında kartel zorakılığı nəticəsində övladlarını itirən ailələr etiraz aksiyası keçiriblər. Aksiya zamanı nümayişçilər təhlükəsizlik baryerlərini aşaraq polisə daş və “Molotov kokteyli” atıblar.
Polis etirazçılara yanğınsöndürən vasitələrlə müdaxilə edib. Qarşıdurma zamanı bir qadın polis əməkdaşı ağır yaralanıb.
Hadisə Dünya Kubokunun açılış mərasimi fonunda Meksikada təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.




