ABŞ hərbçiləri Karib dənizində narkotik daşıdığı iddia olunan qayığa növbəti zərbə endirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sosial şəbəkə hesabında məlumat yayıb.
Qurumun məlumatına görə, kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət etdiyini və narkotik daşınmasında istifadə olunduğunu təsdiqləyib.
Bildirilib ki, Cənub Komandanlığı hadisə barədə dərhal ABŞ Sahil Mühafizəsini məlumatlandırıb və axtarış-xilasetmə sisteminin işə salınmasını istəyib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə sağ qalıb.
Qeyd olunur ki, ötən ilin payızından bəri ABŞ Silahlı Qüvvələrinin narkotik ticarətində istifadə edildiyi ehtimal olunan qayıqlara endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub.

