ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarının istifadə etdiyi ehtimal olunan gəmiyə zərbə endirib.
Bu barədə ABŞ-ın Cənub Komandanlığı — SOUTHCOM məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotrafik üçün istifadə olunan məlum marşrutlar üzrə hərəkət etdiyini göstərib.
ABŞ hərbçilərinin məlumatına görə, zərbə nəticəsində bir nəfər ölüb.
Gəmidə olan daha iki kişi sağ qalıb.

