İyunun 22-nə keçən gecə Mingəçevirdə kafelərdən birinin yaxınlığında dava baş verib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, münaqişə zamanı 51 yaşlı Rafiq Məmmədov 35 yaşlı Tural Bəhrəmlini döyüb.
Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

