Abşeronda qətl hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, park ərazisində aralarında yaranmış mübahisə zamanı ,2005-ci il təvəllüdlü Elmir Axundov 2006-cı il təvəllüdlü Fərid Məmmədov tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Fərid Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
DenMedia.az