Qananın paytaxtı Akkrada və ətraf bölgələrdə güclü leysan nəticəsində yaranan daşqınlarda azı 12 nəfər həlak olub.
Bu barədə JoyNews telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, həlak olanlar arasında 1 uşaq, 8 kişi və 3 qadın var. Fövqəladə hallar xidmətinin əməkdaşları daşqın zonalarından 470 nəfəri xilas edə biliblər.
Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir. Onların dəqiq sayı hələlik məlum deyil.
Məlumata görə, son sutka ərzində Akkra bölgəsində 140 mm yağıntı qeydə alınıb. Bu, regionda son 11 ilin ən güclü leysan yağışı hesab olunur.
Hökumət zərərçəkənlərə yardım və bərpa işləri üçün təxminən 20 milyon dollar vəsait ayırıb.

