Bakıda ahıl qadın hündürmərtəbəli binadan yıxılıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Orada yaşayan, 80 yaşlı Qızılgül Alimet qızı Zeynalova yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş Q.Zeynalovanın vəziyyəti ağırdır.

