Türkiyədə narkotik vasitələr və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 24 şübhəlidən 16-nın Məhkəmə Tibb İnstitutundakı müayinələri tamamlanıb.
Denmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, D.S., U.G. və M.C.K.-nın narkotik testinin nəticəsi müsbət çıxıb.
Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, M.K., P.B., İ.Y., C.G., İ.Ş., I.I.D., Ö.C., C.K. və B.K.-nın test nəticələri isə mənfi olub.
Bundan başqa, C.T.-dən götürülən nümunələrdə kodein maddəsi aşkarlanıb.
Burcu Özberkdən ilk açıqlama

Narkotik testinin nəticəsi mənfi çıxan məşhur aktrisa Burcu Özberk sosial şəbəkə hesabında paylaşım edərək ona dəstək olan izləyicilərinə təşəkkür edib.
“Özümü tanımağın verdiyi rahatlıqla sevdiklərimə sarılır, həyatın gözəlliklərini yaşamağa davam edirəm. Gözəl mesajlarınız və hər zaman yanımda olduğunuz üçün çox sağ olun”, – aktrisa bildirib.

