“Sevastopolun 1854-1855-ci illər müdafiəsi” Panorama Muzeyinin binası Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində demək olar ki, tamamilə məhv olub. Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev “Maks” messencerində məlumat verib.
Onun sözlərinə görə, Kiyev məqsədli şəkildə Sevastopolun mühüm simvollarından birinə hücum edib, lakin şəhər sakinlərini qorxuda bilməyəcək.
Razvojayev bildirib ki, gecə saatlarında endirilən zərbədən sonra panorama binasının dam örtüyündə yanğın başlayıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 83 əməkdaşı və 22 ədəd xüsusi texnika çalışır. Yanğına dördüncü mürəkkəblik dərəcəsi verilib.
Qubernator vəziyyətin son dərəcə çətin olduğunu qeyd edib:
Artıq indidən aydındır ki, Frants Rubonun böyük şah əsəri demək olar ki, tamamilə məhv olub.
O əlavə edib ki, panorama muzeyi Böyük Vətən müharibəsi hadisələrindən sonra olduğu kimi, bu dəfə də bərpa ediləcək.

