Rusiyanın Müdafiə Nazirliyi “Cənub” qoşun qruplaşmasının hərbçilərinin Konstantinovka ətrafında “Leopard” tankını məhv etdiyini bildirib.
Nazirliyin məlumatına görə, zirehli texnika pilotsuz uçuş aparatlarının zərbələri ilə vurulub.
Rusiya MN-də qeyd ediblər ki, maskalanmış tankı “Cənub” qoşun qruplaşmasının 6-cı motoatıcı diviziyasının pilotsuz sistemlər bölməsinə məxsus FPV-dron operatoru aşkarlayıb.
Hədəf müəyyən edildikdən sonra ona zərbə endirilib. Nəticədə “Leopard” tankının məhv edildiyi bildirilib.

