Türkiyənin Fenerbahçe futbol klubunun prezidenti Səddəddin Saran fransalı yarımmüdafiəçi **N’Qolo Kante**nin transferi ilə bağlı problemin həllində göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Saranın məktubu klubun Instagram səhifəsində paylaşılıb.
“Bu prosesin müsbət yekunlaşmasında göstərdiyi mühüm dəstəyə görə, həm şəxsim, həm də klubumuz adından cənab Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bu proses həm ‘Fenerbahçe’nin, həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək”, — deyə Saran yazıb.
Türkiyənin Hürriyet qəzeti isə bildirib ki, Ərdoğan transfer prosesi ilə bağlı Səudiyyə Ərəbistanına səfəri zamanı məsələyə müdaxilə edib.

