Azərbaycan milli futbol komandası FIFA-nın yenilənmiş reytinq cədvəlində iki pillə geriləyib.
Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığma hazırda 1132,00 reytinq xalı ilə 126-cı pillədə qərarlaşıb.
Son dövrdə Azərbaycan millisi bir neçə yoldaşlıq oyunu keçirib. Komanda Maltaya 0:2 hesabı ilə məğlub olub, San-Marinonu isə 2:1 hesabı ilə məğlub edib.
FIFA reytinqinin lideri əvvəlki kimi Argentina millisidir. Cənubi Amerika təmsilçisinin aktivində 1877,27 xal var.
İlk üçlükdə Argentinadan sonra İspaniya 1874,71 xalla ikinci, Fransa isə 1870,70 xalla üçüncü yerdə qərarlaşıb.

