2026-cı ilin əvvəlinə FIFA-nın milli komandalar üzrə yenilənmiş reytinqi açıqlanıb.
FIFA-nın siyahısına əsasən, Azərbaycan futbol yığması 1132,97 xal toplayaraq 127-ci yerdə qərarlaşıb və mövqeyini qoruyub saxlayıb. Komandamızın ən yaxın rəqibləri Malavi yığması (1133,75 xal) və Kipr yığması (1128,5 xal)dır.
Reytinqin ilk pillələrində İspaniya yığması (1877,18 xal), Argentina yığması (1873,33 xal) və Fransa yığması (1870 xal) yer alıb.

