Futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Portuqaliya - İspaniya oyunu üçün start heyətləri açıqlanıb.
Matç ABŞ-ın Arlinqton şəhərindəki AT&T Stadionunda keçiriləcək. Görüş Moskva vaxtı ilə saat 22:00-da, Bakı vaxtı ilə isə 23:00-da başlayacaq.
Portuqaliya millisinin start heyətində 41 yaşlı Kriştianu Ronaldo, İspaniya millisində isə 18 yaşlı Lamin Yamal yer alıb.
Portuqaliya: Diogo Kosta, Mendeş, Veyqa, Diaş, Kanselu, Vitinya, Bruno Fernandeş, Neveş, Leau, Netu, Ronaldo.
İspaniya: Unai Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Pedri, Rodri, Olmo, Baena, Oyarzabal, Yamal.
Görüş mundialın 1/8 final mərhələsinin ən çox gözlənilən qarşılaşmalarından biri hesab olunur. Oyunun əsas intriqalarından biri isə Ronaldo ilə Yamalın fərqli nəsilləri təmsil edən ulduzlar kimi üz-üzə gəlməsidir.

