25 
okt
2023
11:15
126

Neymar barədə təəccüblü iddia: Buna görə satılıb - FOTO

25 okt, 2023
11:15
126

Neymar barədə təəccüblü iddia: Buna görə satılıb - FOTO

Neymar fiziki problemləri olduğuna görə PSJ-nin onu "Əl-Hilal"a satmağa razı olması barədə iddialara cavab verib.

Den.az
xəbər verir ki, Neymar sosial media hesabında açıqlama verərək, iddiaları əsassız adlandırıb. O KİV-ləri saxta xəbərlər dərc etməməyə çağırıb.

Qeyd edək ki, Neymar Braziliyanın Uruqvaya 0:2 hesabı ilə uduzduğu matçda zədələnib. Onun gələn mövsüm meydana qayıdacağı qeyd edilib. Neymar PSJ-dəki 6 illik karyerası ərzində çoxlu zədə alıb. Braziliyanın bəzi KİV-ləri PSJ-nin Neymarın fiziki problemlərinə görə onu Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına satdıqlarını yazıb.

"Əl-Hilal" PSJ-yə bonuslarla birlikdə 120 milyon avro, Neymara isə illik 160 milyon avro ödəyib. Digər gəlirlərlə birlikdə Neymarın gəlirinin daha çox olacağı deyilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar