19 
okt
2023
01:36
148

Neymar əməliyyat olunacaq

19 okt, 2023
01:36
148

Neymar əməliyyat olunacaq - FOTO

Braziliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar zədələnib.
“Den.az” xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu dizin ön çarpaz bağının zədələnməsi və menisküsün cırılması səbəbindən əməliyyat olunacaq.
Qeyd edək ki, hadisə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Montevideoda Uruqvaya qarşı keçirilən və ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan matçın birinci yarısının sonunda baş verib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar