Rusiyada yaşanan yanacaq böhranı fonunda Qazaxıstan Azərbaycandan aviasiya kerosini almaq imkanını araşdırır.
Bu barədə “İnterfaks-Qazaxıstan” Qazaxıstanın energetika naziri Erlan Akkenjenova istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, ölkə aviasiya yanacağının idxalı üçün yalnız Azərbaycanla deyil, həmçinin Çin və Türkmənistanla da mümkün tədarük variantlarını müzakirə edir.
Məlumata görə, bu addım Rusiyada yanacaq bazarında yaranan vəziyyət fonunda Qazaxıstanın alternativ mənbələr axtarması ilə bağlıdır.

