Azərbaycanda 2026-cı ilin sonunadək virtual aktivlər və kriptobazarlarla bağlı qanun qəbul oluna bilər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank virtual aktivlər və kriptobazarlarla bağlı qanun layihəsinin yekun variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib.
“Bu, bizim üçün kifayət qədər mühüm nailiyyətdir. Çünki bu sahə indiyədək tənzimlənmirdi və həm Azərbaycan, həm də dünya üçün nisbətən yeni istiqamət olaraq qalır. Əgər proses nəzərdə tutulan plana uyğun davam edərsə, ilin sonunadək ölkədə virtual aktivlər bazarının tənzimlənməsi ilə bağlı qanun layihəsinin təsdiqlənməsi planlaşdırılır. Bu istiqamətdə komanda aktiv və intensiv iş aparır”, — deyə Fidan Tofidi bildirib.

