ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasını təsdiqləyib.
Bu barədə C-SPAN telekanalı məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, təşəbbüsü 218 qanunverici dəstəkləyib.
Qanun layihəsinin əleyhinə isə 204 Nümayəndələr Palatası üzvü səs verib.
Beləliklə, sənəd ABŞ Konqresində növbəti mərhələdə baxılması üçün lazımi dəstəyi qazanıb.

