ABŞ prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini imzalayıb.
Bu, şatdaunun başa çatdığını göstərir. Bu barədə CNN məlumat yayıb.
Materialda qeyd olunur ki, Trampın qanun layihəsini imzalaması maliyyə ilinin sonunadək (30 sentyabr) əsas federal qurumların maliyyələşdirilməsinin bərpa olunmasına imkan verir. Bununla belə, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi üçün ayrılan vəsaitlərin kifayət etməyə biləcəyi vurğulanır.

