ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda neftin qiymətinin kəskin şəkildə ucuzlaşa biləcəyini bildirib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp xatırladıb ki, fevral ayında ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra yanacağın qiyməti rekord həddə çatıb.
“Neftin qiyməti tezliklə kəskin düşəcək. Artıq qiymətlər əhəmiyyətli dərəcədə azalır”, – deyə ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, hazırda bazarlarda vəziyyət yeddi-səkkiz ay əvvəllə müqayisədə daha yaxşıdır.
Tramp həmçinin administrasiya rəsmiləri ilə keçirdiyi müşavirədən danışıb. Görüşdə “dayanmağın zəruriliyi” məsələsinin müzakirə edildiyini bildirib.
Müşavirədə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens iştirak ediblər.

