ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən qısa müddət sonra başa çata biləcəyini bildirib.
Tramp Alabama ştatında tərəfdarları qarşısında çıxışı zamanı qarşıdurmanın bu və ya digər şəkildə tezliklə sona çatacağını deyib.
ABŞ liderinin fikrincə, münaqişə başa çatdıqdan sonra dünya bazarında neftin qiyməti kəskin ucuzlaşacaq.
«Bu başa çatan kimi – ki, çox tezliklə, yəqin ki, seçkilərdən dərhal sonra başa çatacaq – neftin qiyməti kəskin düşəcək», – deyə Tramp bildirib.

