ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra benzinin qiymətinin əvvəlki səviyyəyə qayıdacağını bildirib.
Haberler.com xəbər verir ki, Tramp müharibənin gedişi və enerji qiymətləri ilə bağlı açıqlamalar verib.
“İranla müharibə tezliklə bitəcək. Müharibə başa çatdıqdan sonra benzinin qiyməti əvvəlki səviyyəyə qayıdacaq, hətta daha da ucuzlaşa bilər”, – Tramp deyib.
ABŞ Prezidenti İrandakı hərbi əməliyyatlarla bağlı “Müharibədə çox rahat şəkildə qalib gəlirik” ifadəsini işlədib.
Tramp həmçinin “Washington Post” qəzetini və “Fox” telekanalının sorğu nəticələrini sərt tənqid edib.
Polşa Prezidenti haqqında danışan Tramp onu dəstəklədiyini xatırladıb. Rusiya-Ukrayna müharibəsinə də toxunan ABŞ lideri Rusiyanın təxminən beş ildir Ukraynanın müttəfiqlərinə hücum etdiyini iddia edib.

