ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla müharibədə qalib gələcəyini bildirib. O, bunu Fox News-un efirində deyib. Trampın fikrincə, bu, “çox tezliklə” baş verəcək.
“Biz bu müharibədə qalib gələn kimi neftin qiyməti aşağı düşəcək, həm də əhəmiyyətli dərəcədə — müharibədən əvvəlki səviyyəyə qədər”, — deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, hərbi baxımdan Vaşinqton artıq qalib gəlib, lakin bununla kifayətlənmək niyyətində deyil.
Tramp həmçinin ABŞ hərbçilərinin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərədək İrana zərbələri bərpa edə biləcəyini istisna etməyib. O, belə bir ehtimalın mümkün olduğunu bildirib.

