Ukrayna və ABŞ prezidentləri arasında mübahisəyə reaksiya nəticəsində neftin qiyməti kəskin şəkildə aşağı düşüb.
Den.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Cümə günü başa çatan Brent markalı neftin fyuçersləri 86 sent və ya 1,16 faiz ucuzlaşaraq bir barel üçün 73,18 dollar olub. Eyni zamanda, Amerikanın WTI (West Texas Intermediate) markalı neftinin fyuçersləri 59 sent və ya 0,84% azalaraq 69,76 dollar/barelə bərabər olub.
Xatırladaq ki, dünən Zelenski Ağ Evdə Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə görüşüb. Əvvəlcə xoşməramlı söhbət olsa da, sonra qalmaqala çevrilib.
Ukrayna prezidenti iddia edib ki, Moskvaya sülh bağlamağa etibar etmək olmaz, Tramp və Vens isə Zelenskini köməyə görə onlara təşəkkür etməməkdə günahlandırıb.
Mütəxəssislərin fikrincə, dövlət başçıları arasında mübahisə Rusiya Federasiyasının strateji mövqeyini yaxşılaşdırır, ona neft bazarında öz mövqelərini möhkəmləndirməyə ümid etməyə imkan verir.
Günəş Fərəh
Den.az
Trampın bu addımı nefti ucuzlaşdırdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.