Xəbər verdiyimiz kimi, Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi 22 saylı binanın qarşısında qeydə alınıb.
Məlumata görə, təxminən 60 yaşlı Maşallah Cəfərov tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Şahidlərin və qonşuların verdiyi məlumata görə, tərəflər tez tez ərazidə görüşüb yeyib içirlərmiş. Qətlin isə söyüş üstündə baş verdiyi iddia olunur.
Qanlı hadisə barədə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin araşdırmalar nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən Maşallah Cəfərov əslən Kürdəmir rayonundandır. Onun meyiti artıq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Abşeron rayon Prokururluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.