“Yeşilçam”ın əfsanəvi adlarından olan Adile Naşitin həyatından bəhs edəcək “Adile” filminin hazırlıqları davam edir.
“Den.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq filmdə Kemal Sunalı canlandıracaq aktyor da məlum olub.
Belə ki, “Güldür Güldür” şousunun aktyoru Berkay Tulumbacı Kemal Sunala həyat verəcək.
Qeyd edək ki, layihəyə Çağan Irmak rejissorluq edir.