İtaliyanın Livorno şəhərinin meri Luka Salvetti küçələrdə ev heyvanlarının sidiyini təmizləməyən sahiblərə cərimələr tətbiq olunacağını açıqlayıb.
The Guardianın məlumatına görə, 25 avrodan 500 avroyadək cərimələr 20 maydan 31 oktyabradək qüvvədə olacaq. Bu dövr yüksək temperatur və az yağıntı ilə müşayiət olunduğu üçün qoxu problemi daha da kəskinləşir.
Yeni qaydalara əsasən, it sahibləri heyvanlarının çirkləndirdiyi səthləri — səkiləri, skamyaları, avtomobil və skuter təkərlərini — yumağa məcbur olacaqlar.
Evlərin və mağazaların girişləri, eləcə də pəncərələrin ətrafı xüsusi qadağan zonalar elan edilib.
Şəhər rəhbərliyi bu qərarı sakinlərin şikayətləri və ev heyvanlarının sayının artması ilə izah edib.
Məqsəd sadədir: şəhəri daha təmiz saxlamaq və xoşagəlməz qoxuların qarşısını almaq.

