Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadə qadağan edilib. Müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.
Sənəd internetdə yayımları tənzimləyir və kibercinayətkarlıqla mübarizəni gücləndirir. Qanunda “internet oyunları”, “oyun distribyutoru”, “oyun tərtibatçısı” və “oyun platforması” kimi anlayışlara da rəsmi izah verilir.
Sosial şəbəkə operatorlarına 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərmək qadağan olunur.
Bundan əlavə, daha əvvəl Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş kontentin silinməsi və girişin məhdudlaşdırılması ilə bağlı müddəalara yenidən dəyişiklik edilib. Yeni qaydalara əsasən, platformalar uşaqların girişinin qarşısını almaq üçün yaş yoxlama mexanizmləri tətbiq etməyə məcbur olacaq.

