Bəzi qidalar xərçəng riskinə qarşı qoruyucu təsir göstərə bilər.
Bu barədə El Confidencial ginekoloq Aleksandra Enrikesə istinadən məlumat yayıb.
Həkimin sözlərinə görə, qaragilə tərkibindəki antioksidantlar sayəsində xroniki iltihab və sərbəst radikallarla mübarizəyə kömək edir.

Enrikes bildirib ki, brokkoli, gül kələmi və Brüssel kələmi kimi xaççiçəkli tərəvəzlər DNT-ni zədələnmədən qoruya bilər.

Mütəxəssis həmçinin rasiona tam taxıllı məhsullar, qırmızı lobya, mərcimək, noxud, kətan toxumu, soya paxlası və yaşıl çay daxil etməyi tövsiyə edib.

Bundan əlavə, həkim onkoloji xəstəliklərin riskini azaltmaq üçün yeməklərə zerdeçal əlavə etməyi də məsləhət görüb.

