Dietoloq Rozalin Moraqes Pitsio qanda xolesterin səviyyəsi yüksək olan insanlara rasionlarına bir sıra qidaları əlavə etməyi tövsiyə edib.
Deia nəşrinin məlumatına görə, mütəxəssis xolesterinin aşağı salınmasına kömək edə biləcək məhsullar arasında yulaf, çia toxumu, brokoli, kök və manqold göstərib.
Bundan başqa, badam, qoz, eləcə də qızılbalıq, skumbriya və sardina kimi yağlı balıqların da rasiona daxil edilməsi məsləhət görülür.

Dietoloqun sözlərinə görə, ümumilikdə emal olunmuş qidaların miqdarını azaltmaq və liflə zəngin məhsullara üstünlük vermək vacibdir.
Bununla yanaşı, düzgün qidalanmanın yüksək xolesterinlə mübarizədə yalnız bir hissə olduğunu vurğulayan mütəxəssis müntəzəm fiziki aktivliyin, çəkinin normallaşdırılmasının və hər il tibbi müayinədən keçməyin də əhəmiyyətli olduğunu bildirib.

