Maqneziumla zəngin qidalar narahatlığın azalmasına kömək edə bilər.
“Moskva 24”ə açıqlamasında Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin terapevt-kardioloqu Tatyana Zaletova bildirib ki, badam və qarabaşaq maqnezium baxımından faydalı seçimlərdir.
Mütəxəssis qeyd edib ki, əhval pozuntuları getdikcə daha çox orqanizmdə xroniki iltihabla əlaqələndirilir. Bu baxımdan giləmeyvələr və tünd şokoladdakı polifenollar, eləcə də yağlı balıqda olan omeqa-3 yağ turşuları faydalı hesab olunur. Onun sözlərinə görə, bu maddələr oksidləşdirici stressin və neyroiltihabın azalmasına kömək edən antioksidant təsirə malikdir.
Həkim həmçinin rasiona mütəmadi olaraq tərəvəz və liflə zəngin tam taxıl məhsullarının daxil edilməsini tövsiyə edib. Bildirilib ki, narahatlığın azalmasına dəstək ola bilən B qrupu vitaminləri heyvan mənşəli məhsullarda, paxlalılarda və sitrus meyvələrində mövcuddur.

