Mədəniyyət naziri Adil Kərimli ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirib.
Nazirlikdən bildirilib ki, görüş zamanı Adil Kərimli Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, dövlət mədəniyyətin və kreativ sənayenin inkişafına xüsusi önəm verir.
Görüşdə, həmçinin bu il Azərbaycanda keçiriləcək VII Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məsələlər müzakirə olunub.

