Kəlbəcərə ilk köç edən sakinlər arasında Milli Qəhrəman Hökumə Əliyevanın ailə üzvləri də var.
“Denmedia.az” xəbər verir ki, bu barədə APA-ya Hökumə Əliyevanın atası, Kəlbəcər sakini Cəlil Əliyev bildirib.
C.Əliyev deyib ki, onlar 4 otaqlı mənzillə təmin olunublar:
“Var olsun dövlətimiz və dövlət başçımız bizi öz doğma vətənimizə qovuşdurdu, gözəl evlərlə təmin etdi. Cənab Prezident dekabrın 29-da keçirilən mərasimdə mənə demişdi ki, Kəlbəcərə ilk köçənlərdən biri də siz olacaqsınız. Bu gün Prezidentlə görüşümüz oldu və bizə hər şəraiti olan dörd otaqlı ev verildi. Buna görə təşəkkürümüzü bildiririk. Kəlbəcərə köçən ilk 20 ailədən birinin Hökəmənin ailəsi olduğuna görə çox qürurluyuq”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.