Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrini təqlid edən hesablar yaradan 22 yaşlı Hacızeynal Hacıyevi saxlayıblar.
Müəyyən edilib ki, o, həmin səhifələrdə aşağı faizli kredit təklifləri ilə bağlı saxta elanlar yerləşdirərək çoxsaylı vətəndaşları aldadıb və külli miqdarda pul vəsaiti ələ keçirib.
Araşdırma zamanı məlum olub ki, zərərçəkənlər saxta elanlara inanaraq şübhəli şəxsə şəxsi məlumatlarını, bank kartı məlumatlarını, eləcə də müxtəlif məbləğlərdə pul vəsaiti ötürüblər. Pul vəsaiti əldə edildikdən sonra isə şübhəli hesabları bloklayıb.
Faktla bağlı istintaq davam etdirilir.
Vətəndaşlara bir daha internetdə “onlayn qazanc”, “asan gəlir”, “sərfəli kredit” kimi adlarla yayılan elanlara qarşı diqqətli olmaları tövsiyə olunur.

