Bakı vaxtı ilə saat 05:07-də, Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonu ərazisində maqnitudası 3,9 olan zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilir ki, zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib. Yeraltı təkanlar episentrə yaxın yaşayış məntəqələrində 3–4 bal gücündə hiss olunub.

