Şamaxıda 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.
“Denmedia.az” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. Titrəyişlər episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qeder hiss olunub.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stanasiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.
***
FHN Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda 3.8 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

