Sumqayıtda 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin “Beton zavodu” ərazisində diametri 76 mm olan qaz kəmərində aşkar edilmiş sızmaların aradan qaldırılması üçün təmir işləri aparılacaq.
Bu səbəbdən 30 aprel saat 16:00-dan etibarən həmin ərazidə 1800 abonentə qazın verilişi dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

