Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir.
Bayram münasibətilə ölkənin müxtəlif bölgələrində insanlar qurban ibadətini yerinə yetirir, ehtiyaclı ailələrə yardım göstərir və bayram sevincini yaxınları ilə bölüşürlər.
Qurban bayramı İslam dünyasında paylaşma, mərhəmət və həmrəylik rəmzi kimi qəbul olunur. Bu günlərdə kəsilən qurban ətinin aztəminatlı ailələrə, ehtiyac sahiblərinə və yaxınlara paylanması bayramın əsas mənəvi dəyərlərindən biri sayılır.
Azərbaycanda da hər il olduğu kimi, bu bayram ailə birliyi, xeyirxahlıq və yardımlaşma ruhunda qeyd olunur. Məscidlərdə bayram namazı qılınır, insanlar bir-birini təbrik edir, dünyasını dəyişən yaxınlarının məzarlarını ziyarət edirlər.

