Bu gündən etibarən iyunun 4-ü günorta saatlarına qədər Bakının Qaradağ rayonunun Lökbatan kəndində su təchizatı dayandırılacaq.
Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, kəsintiyə səbəb yeni su xəttinin mövcud şəbəkəyə qoşulması ilə bağlıdır.

