İyulun 28-də Bakının bir neçə rayonunda təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, işlər elektrik təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması məqsədilə aparılır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Mətbuat prospektində və Ayna Sultanova küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində yerləşən çoxmərtəbəli yaşayış binalarında mərhələli fasilələr tətbiq ediləcək.
Xətai rayonunda isə saat 10:00-dan 16:00-dək Məzahir Rüstəmov, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Lütfi Zadə, Qaçaq Nəbi və Sarayevo küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
İşlər başa çatdıqdan sonra elektrik təchizatı bərpa olunacaq.

