Zaqatala və Şahbuz rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar qaz və elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Zaqatala Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, noyabrın 2-də saat 10:00-dan təmir-quraşdırma işləri başa çatanadək rayonun A.Həmidov, Vaqif, İ.Şamil, S.Qazıyeva, Ü.Hacıbəyov, Tağıyev və N.Nərimanov küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bundan başqa, oktyabrın 31-də saat 10:00-dan 13:00-dək Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.
Bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
Bildirilib ki, fasiləyə səbəb 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerji verilişinin müvəqqəti dayandırılmasıdır.
Qurumdan qeyd edilib ki, enerji təchizatının etibarlılığını artırmaq məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər yekunlaşdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

