Qafqaz Müsəlmanları İdarəsi Vatikanda Təmsilçilik Açmağa Hazırlaşır
Allahşükür Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Vatikanda nümayəndəliyinin yaradılması planlaşdırılır.
Qurum rəhbəri xatırladıb ki, hazırda İdarənin İstanbul, Tbilisi, Batumi və Dərbənd şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir.
Vatikanda yeni təmsilçiliyin yaradılması ilə bağlı danışıqlar aparılır və proses hazırda müzakirə mərhələsindədir.
“Hazırda Vatikan şəhərində nümayəndəliyimizin yaradılması ilə bağlı danışıqlar aparırıq.”

