İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngi "Haber Global"da müzakirə edilib.
Müzakirələrdə telefon danışığının belə bir vaxtda baş tutmasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilir.
Qeyd edilir ki, Məsud Pezeşkianın telefon zəngi iki cəhətdən qiymətləndirilməlidir:
Prezident İlham Əliyevin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İslam Respublikasının Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinin qarşı tərəfdən müsbət qarşılanması, telefon danışığının təşəkkür mahiyyətli olması və Peşekianın Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin araşdırılacağını vurğulaması.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin və xarici işlər nazirinin Naxçıvana dron hücumu ilə bağlı bəyanatları diplomatik baxımdan məqsədəuyğun idi. Məsud Peşekianın hadisənin araşdırılacağını vurğulaması isə zəruridir.
Müzakirələrdə vurğulanıb ki, İranın ikinci Qarabağ Müharibəsində və Zəngəzur dəhlisi məsələsində mövqeyinin yanlış olmasına baxmayaraq, telefon danışığı mühüm əhəmiyyət kəsb edir.
Bu, ölkələr arasında diplomatik münasibətlərin davam etdiyini göstərir.
Müzakirələrdə bununla yanaşı, qeyd olunub ki, İran Azərbaycandan üzr istəməlidir. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir.
Daha ətraflı süjetdə:

