Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın Azərbaycana səfərinə böyük əhəmiyyət verilir. Bu barədə o, Bakıda keçirilən birgə mətbuat bəyanatı zamanı danışıb.
Sizin səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, o, ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfə verəcək. Münasibətlərimiz, xüsusilə son dövrlərdə, uğurla inkişaf edir və biz çox fəal dialoq aparırıq.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq hazırda çox fəal mərhələdədir.

