Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfərinin tarixləri açıqlanıb.
Bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, baş nazir 26–28 aprel tarixlərində ölkəmizə üçgünlük səfər edəcək.
Qeyd olunur ki, səfər zamanı Babişi Çexiyanın birinci vitse-premyeri və sənaye-ticarət naziri Karel Havliçek, eləcə də iş adamlarından ibarət geniş nümayəndə heyəti müşayiət edəcək.
Səfər proqramına biznes forumlar, tematik seminarlar və B2B və B2G formatında görüşlər daxildir.
Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsidir.

