Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat bəyanatında çıxış edərək iki ölkə arasında əməkdaşlığın güclü siyasi əsaslara söykəndiyini bildirib.
Prezident qeyd edib ki, 2023-cü ilin yanvarında Kiyevə səfəri və aparılan müzakirələr münasibətlərin inkişafına müsbət təsir göstərib.
“Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək.”

