Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işçi görüş keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Bölgədə dayanıqlı sülhün və sabitliyin təşviqi istiqamətində aparılan səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, tərəflər iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyədə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Tərəflər növbəti görüşün Azərbaycanda keçiriləcəyini də təsdiqləyiblər.

