“Emili Parisdə” serialında Qreqori Elliot Dyüpre rolunun ifaçısı olan aktyor və ssenarist Ceremi
O. Harris Yaponiyada həbs edilib. The New York Times yazır ki, o, ölkəyə narkotik gətirməkdə şübhəli bilinir.
Nəşrdə bildirilir:
“Tomiqusuku polisinin məlumatına görə… 36 yaşlı Harris 16 noyabr tarixindən etibarən Yaponiyada həbsdə saxlanılır. O, Okinavaya uçub və Naha aeroportunda gömrük əməkdaşları onun çantasında psixotrop maddə tapıblar.”
Məlumata görə, Yaponiyada narkotiklərlə bağlı çox sərt qanunlar mövcuddur və Harris yeddi ilədək azadlıqdan məhrumetmə ilə üzləşə bilər.

