Çeçenistanın gənclər nazirinin müavini Əmir Suqaipov ölkədə qadınların baş örtüyü taxmasının təşviq olunacağını açıqlayıb.
DenMedia.az xəbər verir ki, nazir müavini bu tədbirin həm hicab, həm də sadə baş örtüyü və ya zolaqlar üçün nəzərdə tutulduğunu vurğulayıb.
Onun sözlərinə görə, hicab taxılmasa belə ən azından baş örtüyü olmalıdır.
“Baş örtülü qadınlar həm estetik baxımdan daha gözəl, həm də mədəni və dini ənənələrə uyğun şəkildə ləyaqətli görünürlər”.
Suqaipov həmçinin diqqət çəkib ki, bu tövsiyəyə əməl etməyən şəxslər, xüsusən də sosial mediada nalayiq məzmun paylaşanlar, maarifləndirici söhbətlərə cəlb olunacaq.
Onun fikrincə, bu, qadınların ictimai həyatda davranışlarını tənzimləmək və mədəni dəyərləri qorumaq üçün nəzərdə tutulmuş bir addımdır.

